- Ana səhifə
- Blog
- Naftalan vannası haqqında ümumi məlumat
- 06.10.2023 01:06
Naftalan vannası haqqında ümumi məlumat
Naftalan müalicə amili güclü ağrıkəsici, iltihabəleyhinə, damargenəldici, allergiyaəleyhinə, hormonabənzər təsirlərə malikdir, ovogenez, ovulyasiya prosseslərini və spermatogenezi gücləndirir. Naftalan vannaları üçün nativ (təbii) naftalandan istifadə olunur. Vannada naftalanın istiliyi 37 -38*C - dir. Vanna qəbulu müddəti - birinci vannada 8 dəqiqə, qalan vannaların qəbulu zamanı 10 dəqiqədir. İlk vannalar günaşırı təyin olunur, qalan vannalar 2-3 gün vanna, bir gün istirahət günü olmaqla qəbul edilir. Müalicə kursu 10-12 naftalan vannası təşkil edir. Naftalan vannaları ümumi naftalan vannası , oturaq naftalan vannası və aşağı ətraflar üçün naftalan vannası şəklində təyin olunur . Ümumi naftalan vannası – xəstə vannada uzanır , ürək nahiyəsi naftalandan xaricdə qalmalıdir . Oturaq naftalan vannası - xəstə qurşağadək naftalan vannasının içərisində oturur, ehtiyac olarsa qollarını da dirsəyədək vannaya salır . Aşağı ətiraflar üçün naftalan vannası – xəstə xüsusi oturacağın üstündə oturur, ayaqlarını dizdən yuxarıyadək naftalan vannasının içərisində yerləşdirir. Vanna qəbulundan sonra xəstə naftalanın qalığından təmizlənir , xüsusi kağızla silinir və duş qəbul edir . Duşxanada suyun altına keçməzdən qabaq hamam lifini isladıb sabunlayıb quru bədəni liflə sabunlamaq, daha sonra duşun altına keçib yuyunmaq lazımdır , belə olduqda naftalan bədəndən asan təmizlənir . Duşda suyun istiliyi 38 – 39 odərəcə olmalıdır, duş qəbulu müddəti isə 15 – 20 dəqiqədən artıq olmamalıdır . Vanna qəbulundan sonra duş qəbul edərkən başı yumaq məsləhət deyil . Vanna qəbulundan sonra xəstə 1 saatadək dincəlməlidir . Naftalan müalicəsi qəbul edərkən, adətən birinci - dördüncü vanna qəbulu zamanı balneoreaksiya baş verir: xəstədə ümumi zəiflik, iştahasızlıq, yüngül baş ağrıları, yuxusuzluq və ya yuxululuq, bağırsaq pozulması kimi ümumi əlamətlər və ağrıların güclənməsi, dəri səpgiləri, ətrafların dərisində hemorragiyalar (göy ləkələr) kimi əlamətlər baş verə bilər. Vanna qəbulu qaydalarına düzgün əməl etdikdə bu əlamətlər müalicə kursunun sonunadək keçir. Balneoreaksiya baş verdikdə müalicə həkiminə müraciət etmək lazımdır . Naftalan müalicəsinin təsiri müalicədən sonraki 1,5 – 2 ay ərzində davam edir və bundan sonra stabil effekt alınır . Həmin dövrdə xəstələr özlərini soyuqdan və fiziki gərginlikdən qorumalıdır.