- Ana səhifə
- Otel və sanatoriyalar
Məlumat
Şəfalı Naftalan
01 may 2026-cı il tarixindən etibarən Naftalan şəhərində yeni və müasir “Şəfali Naftalan” sanatoriyası fəaliyyətə başlayıb. Müalicə və istirahəti bir araya gətirən sanatoriya qonaqlara komfortlu şərait, sakit atmosfer və yüksək xidmət təqdim edir.
“Şəfali Naftalan” ən son texnologiyalı tibbi avadanlıqlarla təchiz olunub. Müasir müalicə otaqları və rahat istirahət zonaları qonaqların sağlamlığı və rahatlığı üçün xüsusi hazırlanıb. Sanatoriyada hər detal rahatlığınız nəzərə alınaraq qurulub.
Otaqlarda geniş və komfortlu şərait yaradılıb — müasir mebellər, təmiz və səliqəli otaqlar, rahat istirahət üçün bütün imkanlar qonaqların istifadəsinə verilib.
Cəmi 70 nəfərlik tutuma malik olan sanatoriya sakit və elit mühiti ilə seçilir. Burada hər bir qonağa xüsusi diqqət və fərdi yanaşma göstərilir.
Qiymətlər isə olduqca münasibdir — günlük yerləşmə 35–40 AZN aralığında dəyişir. Münasib qiymətə yüksək xidmət və komfort təqdim edən “Şəfali Naftalan” artıq Naftalanda yeni seçimlərdən birinə çevrilməkdədir.
Sağlamlığınızı və rahat istirahətinizi etibarlı ünvana həvalə edin — “Şəfali Naftalan” sizi gözləyir.
Otaqlar
Standart otaq (40 AZN)
Bron et
🛎 Otaq imkanları:
✔ 20 kv geniş və lüks dizaynlı interyer
✔ Böyük ekranlı TV və premium Wi-Fi
✔ Rahat mebel və ortopedik döşəklər
✔ Mini-bar və çay-kofe dəsti
✔ Balkonlu otaq seçimi
✔ Müasir sanitar qovşağı və tam şərait
✔ Sakit və komfortlu istirahət mühiti